Məqsədimiz:
bu məlumatların böyük əksəriyyəti ən yaxşı halda ingilis və rus dilində təqdim edilir. Azərbaycan dilində olan mənbələrin sayı yetərincə çox deyil. Buranı yaratmaqda əsas məqsədimiz Tibbə dair bildiklərimizi, baş verən yenilikləri və aktual məsələləri öz ana dilimizdə sizlərə təqdim etməkdir.
Mövzular:
Yazılan mətnlərdə müxtəlif
mövzuları əhatə etməyi qarşımıza məqsəd qoymuşuq. Bunların arasında sağlam həyat
tərzi və sağlamlığın qorunması üçün görülməli olan tədbirlər, müxtəlif qida məhsullarının
faydalı və zərərli tərəfləri, yoluxucu və digər xəstəliklər haqqında məlumatlar,
dünya və ölkə səhiyyəsində baş verən yeniliklər, yeni tətbiq olunmağa başlayan
metodlar və s.
Mənbələr:
Yazılarımızın
böyük əksəriyyəti sərbəst şəkildə yazılacaq və plagiatlığa yol verilməyəcək.
Mövzunun yazılmasında hansı internet saytından istifadə edilərsə, bu zaman həmin
sayt mətnin aşağısında mənbə şəklində qeyd ediləcək.
Qeyd:
Siz
də hər hansı tibbə dair maraqlı, aktual mövzularınızı burada oxucularla paylaşmaq
istəyirsinizsə, bizimlə əlaqə yaradın.
Hiç yorum yok:
Yorum Gönder