Vitamin sözü ilk dəfə polşalı biokimyaçı Casimir Funk tərəfindən
1912-ci ildə elmə gətirilmişdir. "Vita" latınca "həyat"
deməkdir,
"amin" hissəciyi isə amin turşunu göstərir, çünki əvvəllər
vitaminlərin amin turşu olduğu düşünülürdü.
Bioloji əhəmiyyəti:
Vitaminlər
ayrılıqda orqanizmə təsir etmir, yalnız fermentlərin tərkibində maddələr
mübadiləsində iştirak edir. Mürəkkəb fermentlərin tərkibində koferment rolu
oynayır. Vitaminlərin çatışmazlığı (hipo- və avitaminoz) maddələr mübadiləsinin
pozulmasına səbəb olur. Çünki onlar orqanizmin sağlam inkişafı, həzm sisteminin
funksiyaları, infeksiyalara qarşı orqanizmin müqavimətinin artmasında çox önəmli
rola malikdir. Həmçinin vitaminlər orqanizmdə yağ, karbohidrat, zülal mübadiləsində
iştirak edirlər və onların mənimsənilməsini təmin edirlər.
Vitaminlər 2 qrupa ayrılır:
1.
Suda həll olanlar-B qrupu və C
2.
Yağda həll olanlar-A, D, E, K
Vitaminlər
orqanizmə birbaşa enerji (kalori) vermir. Orqanizm hər bir vitamindən lazımlı
miqdarda qan dövranında olmasını təmin edir. Vitaminlərin orqanizmdə artıqlığı
(hipervitaminoz) az hallarda rast gəlinir. Suda
həll olan vitaminlərin artığı orqanizmdən mayelər vasitəsilə xaric olunduğu
halda, yağda həll olan vitaminlərin artığı isə piy toxumasında toplanır. Buna
görə yağda həll olan vitaminlərin artıq miqdarı zərərli ola bilər. Xüsusilə də
A və D vitamininin istifadəsində diqqətli olmaq lazımdır.
Vitaminlər
bütün hüceyrələrdə az miqdarda toplanır, bəzi vitaminlər isə qaraciyərdə çox
toplanır. Məsələn, qaraciyərdə toplanan A vitamini orqanizmə 5-10 ay, D
vitamini isə 2-4 ay kifayət edir. B qrup və C vitaminlərinin isə çatışmazlığı
çox tez özünü büruzə verir. Məsələn, C vitamini çatışmazlığı nəticəsində
yaranan Skorbut xəstəliyi 20-30 həftə ərzində insanın ölümünə səbəb ola bilər.
B12 vitamini isə istisnadır, çünki o qaraciyərdə toplanır və orqanizmə 1 ilə qədər
kifayət edir.


Hiç yorum yok:
Yorum Gönder